"Azəriqaz"dan XƏBƏRDARLIQ! - Bakının bu rayonlarının qazı KƏSİLƏCƏK

 10:58 14.05.2024     579

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan 'Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə mayın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən