Cavid Qurbanovun oğlu işdən çıxarıldı

 12:30 14.05.2024     367

Baş Prokurorluqda yeni kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, müvafiq əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə həmin vəzifəyə baş ədliyyə müşaviri Əsəd Əliyev təyin edilib. Əsəd Əliyev bundan əvvəl adıçəkilən idarədə böyük prokuror vəzifəsində çalışıb.

Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur (manset.az).