“Meqa Sığorta” yeni komanda üzvlərini dəvət edir

 17:21 14.05.2024     289

 “Meqa Sığorta” ASC-nin Proqramlaşdırma şöbəsinə yeni komanda üzvlərini dəvət edir.

Vakansiya: Python veb proqramçı.

Namizədlərə olan tələblər:

- Veb proqramlaşdırma sahəsində ən azı 2 il iş təcrübəsi.

- Analitik düşünmə qabiliyyəti və güclü alqoritmik biliklər.

- Python proqramlaşdırma dilində və obyekt-yönlü proqramlaşdırmada təmiz, oxunaqlı kod yazma bacarığı.

- HTML5, CSS3, Bootstrap, TailwindCss, JavaScript və jQuery kimi veb texnologiyalarında təcrübə.

- Linux əməliyyat sistemi və terminal istifadəsi bilikləri.

- MySQL və ya PostgreSQL kimi verilənlər bazası sistemləri ilə işləmə təcrübəsi.

- REST API-lər vasitəsilə veb saytlar və mobil tətbiqlər arasında inteqrasiya yaratma bacarığı.

- Problemləri analiz etmə, həll etmə və qərar vermə qabiliyyətləri.

- Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı.

- Python 3, Django Framework, Django Rest Framework və Celery üzrə iş bacarığı.

- Django ORM, MySQL, PostgreSQL üzrə iş bacarığı.

- Layihəni production mühitə yükləmə bacarığı.

- Docker, Docker Compose, Gunicorn, Supervisor və Git  üzrə iş bacarığı.

Əmək şəraitinin şərtləri:

- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. 

- İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.  

- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   

- Tibbi sığorta təminatı.

-  Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  

- ”Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzü bölməsində “Python veb proqramçı” qeyd etməklə CV-nizi  [email protected]  e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.