"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək - FOTO

 10:42 15.05.2024     377

17 may saat 11:00-da Horadiz şəhəri, Heydər Əliyev prospekti, Muğam Mərkəzində Füzuli, Beyləqan, Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Redaktor.az birliyə istinadən xəbər verir ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 026-315-57-66; 050-845-74-17) müraciət edə bilərlər.