Prezident keçmiş məcburi köçkünlərin işlə təmin edilməsindən danışdı

 21:22 16.05.2024     245

“Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var”.

Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında səsləndirib.

“Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, - deyə Azərbaycan lideri qeyd edib.