91 nəfər insan alverinin qurbanı olub

 10:12 17.05.2024     216

Ötən il insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 (-3) insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. 

Redaktor.az xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatımda deyilir.

Onlardan 28-i Türkiyə Respublikasında, 28-i Rusiya Federasiyasında, 15-i Birləşmiş Ərəb Əmirliklərində, 10-u Bəhreyn Krallığında, 4-ü Qətər Dövlətində, 3-ü İran İslam Respublikasında, 1-i İraqda cinsi istismara, daha 2 nəfəri ölkə daxilində əmək istismarına məruz qalmışdır. Qurbanlardan 6-ı 18-25 yaş arası, 50-i 25-35 yaşlarında, 35 nəfəri 35-dən yuxarı yaş həddində, 24-ü paytaxt, 67-i respublikanın digər şəhər və rayonlarının sakini, habelə 74-ü 2016-2022-ci illərdə, 17-i isə 2023-cü ildə istismara məruz qalan şəxslər olub.

İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılmışdır. Qurbanlardan 90 (-4) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilmiş, 68 (-6) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilmişlər.

Konkret olaraq, insan alverinin 14 qurbanı pеşə kurslаrınа yönəldilmiş, 10 nəfəri işlə təmin еdilmiş, 2 əcnəbi qurbana Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsində, 8 qurbana şəxsiyyət vəsiqəsi alınmasında, 1 qurbana cərrahiyyə əməliyyatı keçirməkdə, 3 qurbana tibbi müalicə, 11 qurbana ünvanlı sosial yardım almaqda köməklik edilib.

İnsan alveri qurbanlarının 24-ü Bakı, 11-i Gəncə və 5-i Sumqayıt şəhərləri, 6-sı Tovuz, 3-ü Sabirabad, 3-ü Ağdam və digər rayonların payına düşür.

Daha 34 qurbanın аilələrinə qаyıdışı təmin olunmuş, insan alveri cinayətindən zərərçəkməsi ehtimal edilən bir şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitiasiya müəssisəsi”nə yerləşdirilib.