“Hostellərin sayının artması ilə nəzarətsizlik artır” - Tahir Kərimli
“İnsan alveri qurbanları arasında kişilərin artması məni narahat edir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında bildirib.
“Bütün dövlət qurumları, jurnalistlər, eyni zamanda diplomatik orqanlar insan alverinə qarşı mübarizədə diqqətli olmalıdır. Çünki bu kimi hallar bəzən xarici amillərlə əlaqəli ola bilir.
Digər tərəfdən, ölkədə hostellərin sayının artması ilə bu sahədə nəzarətsiz hallar müşahidə edilir. Hesab edirəm ki, bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruridir. Nəzarət tədbirləri daha da gücləndirilməlidir”, -deyə deputat bildirib.