Ötən il 293 erkən nikahın qarşısı alınıb

 10:46 17.05.2024     211

2023-cü ildə Azərbaycanda qarşısı alınan erkən nikahların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatımda deyilir.

Qeyd olunub ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılmış, həyata keçirilmiş tədbirlərlə hesabat ilində 293 erkən evliliyin qarşısı alınıb.