“Meqa Sığorta” korporativ satış şöbəsinə vakansiya elan etdi

 11:56 17.05.2024     321

“Meqa Sığorta” ASC Korporativ satış şöbəsinə yeni komanda üzvlərini dəvət edir.

Vakansiya: Korporativ satış üzrə Baş mütəxəssis

-  Namizədlərə olan tələblər:

-  Təhsil: Ali.

-  Şəxsi keyfiyyətlər:  Müştərilərlə rahat ünsiyyət qurma,   yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, dəqiqlik, məsuliyyət,  məqsədyönümlük.

-  İş təcrübəsi: Sığorta sektorunda satış sahəsində minimum 3 il.

-  Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili arzu olunandır.

Əsas vəzifə öhdəlikləri

- Potensial müştəriləriləri müəyyən etmək və onlarla görüşlər təşkil etmək.

- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək.

- Könüllü sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.

Əmək şəraitinin şərtləri:

- Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir. 

-  İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.  

- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   

- Tibbi sığorta təminatı.

- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  

- Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi  [email protected]  e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.