Azərbaycana qar yağır - Faktiki HAVA
Mayın 17-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Redaktor.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.
Mayın 16-da yağan intensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçmişdir.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Naftalanda 17 m/s-yə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 14, Aran rayonlarında 15, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.