Bu ərazidə dağ uçub yolu bağladı
Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb.
Redaktor.az xəbər verir ki, hadisə Lerik rayonunun Çayrud kəndində olub.
Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun bildirdiyinə görə, hazırda əraziyə ağır texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər görülür.
Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.