Əhalinin yeni sayı açıqlandı

 19:15 17.05.2024     313

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Vumart və Güvən reklamı Vumart Güvən