Dolu bu rayonda ciddi fəsadlar yaratdı - Həyətlər su altında qaldı

 13:55 18.05.2024     338

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub.

Redaktor.az xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub.

Məlumata görə, bu gün səhər saatlarında güclü yagış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təssərüfatlara ziyan vurub.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.