"Azəriqaz"ın baş direktoru birlik əməkdaşlarını mükafatlandırdı - FOTO

 17:04 18.05.2024     370

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Füzuli rayonunda bir qrup Birlik əməkdaşı ilə görüşüb.

Redaktor.az xəbər verir ki, qurumun rəhbəri hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə yaxından maraqlanıb. Daha sonra baş direktor Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan 9 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. Birlik rəhbəri görüşdə iştirak edən bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

222