Baş nazirdən ərzaq məhsulları barədə yeni QƏRAR
Nazirlər Kabineti “Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nı təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Eyni zamanda 27 oktyabr 2016-cı il tarixli qərarla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Qərar ləğv edilib.