Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov kimdir? - DOSYE

 18:27 22.05.2024     299

Xəbər verdiyimiz kimi, Fərid Mirmufid oğlu Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Redaktor.az-ın "Unikal"a istinadən məlumatına görə, o, Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Belə ki, Fərid Seyidov Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağın hərbi prokuroru vəzifəsini icra edib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.