Sabah Süsə növbəti köç OLACAQ
Sabah Laçın rayonunun Sus kəndinə növbəti köç baş tutacaq.
Redaktor.az xəbər verir ki, daha 39 ailədən ibarət 140 nəfər sabah doğma yurda qayıdacaq.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub. İlk mərhələdə kəndə 20 ailə (75 nəfər) köçürülüb.