Bu ərazilərdə qaz KƏSİLDİ

Şəmkir rayonunun bir qəsəbə, səkkiz kəndində təbii qaz təchizatında fasilə yaranıb.
Redaktor.az xəbər verir ki, görülən texniki işlərlə əlaqədar Şəmkir rayonunun Çinarlı AQPS-dən qidalanan Çinarlı qəsəbəsi, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərində qaz təchizatında fasilə yaranıb.
Adıçəkilən ərazilərdə mayın 25-nə qədər qaz olmayacağı bildirilir.