"Murad və Vado kimilər Baləli səviyyəsində olan adamlardır, Bəhramın isə..." - Deputatdan sərt sözlər

 22:43 23.05.2024     538

"“Planeta Parni iz Baku”nun iştirakçıları cəmiyyətə həm də intellektuallar kimi təqdim olunmuşdular. Dünən “Xəzər axşam”da Baləlidən götürülən intervüdən gördüm ki, Murad (Xəzər TV-nin rəhbəri Murad Dadaşov - red) və Vado kimilər Baləli səviyyəsində olan adamlardır".

Redaktor.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev özünün feysbuk hesabında yazıb.

"Bu adamların hələ indiyə qədər bir intellektual verilişlə bağlı layihələrini görməmişik. Narsistlər cəmiyyəti ələ salırlar. COP29 -la əlaqədar hər gün mütəxəssləri danışdırmaq lazımdır. Sonra deyirlər ki, televiziyalara baxan yoxdur. Bəhramın isə mövzusu kəndçi, şəhərli söhbətidir. Mənasız və məzmunsuz kitablar yazır. Mütaliə olmadığından çox primitiv kitablardır", - deyə millət vəkili qeyd edib.

T.İSMAYIL