"Köhnə rejimin nümayəndıəəri Baqratın arxasında gizlənir" - Deputat

 11:09 24.05.2024     235

“Bu gün Ermənistanda siyasi-ictimai gərginlik davam edir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bunun arxasında isə yenə kilsə durur, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edir:

“Baqrat yenindın ayın 27-də mitinqə səsləyir. Köhnə rejimin nümayəndıəəri də onun arxasında gizlənir. Tarixən sülhə maneə olan kilsə bu gün də eyni şeyi edir. Baqratın məxsus olduğu dinə gəldikdə isə xristian dini insanları sülhə səsləyib. Baqrat dinin də əksini edir, xalqı müharibəyə səsləyir”.

Humay İSGƏNDƏRLİ