Boynuna xaç asanlar xalqı müharibəyə sürükləyir - Deputat

 11:36 24.05.2024     237

“Müvafiq ünsürlər Azərbaycan-Ermənistan arasında sülh prorsesinə zərər verir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

“Bu ünsürlərdən biri də kilsədir. Boynuna xaç asanlar xalqı müharibəyə sürükləyir. Erməni xalqının sarı siminə toxunaraq manipulyasiya etməyə çalışır. 150-250 il əvvəl peyda olan erməni keşişləri köhnə məbədlərə girib, bir şam yandırıb erməni kilsəsi adlandırırdılar. Sekularizmdən dəm vuranlar erməni xalqının revanşizmə yönəlməsinə göz yumurlar”,-  deyə millət vəkili bildirdi.

Spiker Sahibə Qafarova əlavə olaraq deyib ki, sosial şəbəkələrdə aktiv olmaq lazımdır:

“Dillər bilən gənc deputatlar var, bundan istifadə edərək reallıqlarla bağlı aktiv olmalısınız”.

Humay İSGƏNDƏRLİ