Kəmaləddin Qafarov bu vəzifəyə seçildi

 11:39 24.05.2024     297

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib.

Redaktor.az xəbər verir ki, deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təklif edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

K.Qafarovun namizədliyi təsdiqlənib.

Humay İSGƏNDƏRLİ