Şagidlər arasında oğlanların sayı getdikcə artır - Komitə sədri

 12:05 24.05.2024     285

“Hazırda ölkədəki fərdi sahibkarların 23 %-i qadınlar, 77 %-i isə kişilərdir”.

Redaktor.az xəbər verir ki, bunu illik məlumat haqda danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

“Bu nisbətin qadınların xeyrinə dəyişməsi, onların maliyyəyə əlçatanlığının artırılması istiqamətdə müsbət addımlar atılır. Yeri gəlmişkən, banklarda çalışanların 38 %-i qadınlar, 62 %-i kişilərdir. Ölkədə əmək pensiyaçıları arasında qadınların payı 57%, kişilərin sayı 43% olub. Ümumi orta təhsil müəssisələrində şagidlər arasında oğlanların sayı getdikcə artır. Bunun sadəcə oğlan uşalqarının doğulma sayının üstünlük təşkil etməsinə görə olduğunu düşünmürən. Bunun səbəbi erkən nikahlar, qızların məktəbə getməsinin qarşısının alınması olmuşdur", - B. Muradova bildirib.

Humay İSGƏNDƏRLİ