Böyük sahibkarlar arasında qadınların sayı azdır - Deputat

“Böyük sahibkarlar arasında qadınların sayı azdır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasın deputat Vüqar Bayramov deyib.
“Böyük sahibkarların 8 faizi qadınlar, kiçik sahibkarların isə sayı 16 faizdir. Orta aylıq əməkhaqqında da qadınlarla kişilər arasında fərq var. Qadınlar 739 manat, kişilər 1066 manat orta aylıq əməkhaqqı alır”, - deputat deyib.
Humay İSGƏNDƏRLİ