"Qadınların işə bir saat tez gəlib, elə bir saat tez getməsinin tətbiqini təklif edirəm"

 12:42 24.05.2024     338

"Qadınlar ailə qayğılarından özlərinə ayırmağa zaman tapmırlar, onlara iş saatında güzəşt tətbiq edilsin".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib. 

Deputat qadınların işə erkən gəlib, evə daha tez getməsini təklif edib:

"Ailəli, uşağı olan qadınların qayğılarının çox olması hər bizimizə məlumdur. Onlar səhər oyanıb uşaqları geyindirib, yedirib məktəbə yollayırlar. Həmçinin həyat yoldaşlarına süfrə açır, onlarınişə yola salırlar. Bu qadınlar daha sonra özləri işə gedirlər. İşdən sonra isə ev və ailə işləri ilə məşğul olurlar. Onlar özlərinə ayırmağa zaman tapmırlar. Bu səbəblə qadınların işə bir saat tez gəlib, elə bir saat tez getməsinin tətbiqini təklif edirəm".

Humay İSGƏNDƏRLİ