"Qadınlarımız yaza da bilir, oxuya da bilir” - Deputat

 12:55 24.05.2024     227

“Gender bərabərliyi ilə bağlı sosial şəbəkələrdə qızğın müzakirə gedir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

“Gender bərabərliyi məsələsini qarışdırırlar. Razıyam, ictimai şüur üzərində sosial şəbəkə üzərindən Qərbdən təsir var. Orta əməkhqqının fərqinə diqqət etmək lazımdır. Bir qadınla kişi eyni işdə işləyib fərqli maaş alırsa, bu başqa məsələdir və Azərbaycanda belə bir şey ola bilməz. Amma ümumi mənzərə odur ki, yüngül işdə işləyən qadınlar çoxdur, bu da maaş alırsa, ümumi əməkhaqqı statistikasına bu da təsir edir. Azərbaycanda 92 faiz qadın yaza bilmir, deyilişi yanlışdır. Azərbycanda yazıb-oxumaq yüz faizdir, qadınlarımız yaza da bilir, oxuya da bilir”, - deyə o bildirib.

Humay İSGƏNDƏRLİ