Baş nazir yeni qərar İMZALADI
Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr müəyyənləşib.
Redaktor.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Müstəqil ekspertlər aşağıdakı sahələr üzrə fəaliyyət göstərirlər:
- avtomobil nəqliyyatı sahəsi − bütün avtonəqliyyat vasitələri;
- dəmir yolu nəqliyyatı sahəsi − bütün dəmir yolu nəqliyyatı vasitələri;
- su nəqliyyatı sahəsi − bütün dəniz və daxili su nəqliyyatı vasitələri;
- hava nəqliyyatı sahəsi − bütün hava nəqliyyatı vasitələri;
- əmlak sahəsi – daşınmaz əmlak və bu sahələrdə qeyd olunan digər fəaliyyət sahələrinə aid olmayan daşınar əmlaklar;
- maliyyə sahəsi − kreditorların əmlak mənafeləri, əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə və kommersiya
fəaliyyətində baş verən fasilə ilə əlaqədar sığortalıların əmlak mənafeləri, habelə hüquqi xidmətlər və icraatların keçirilməsi ilə bağlı xərclər;
- mühəndislik sahəsi – dəzgah, avadanlıq, maşın və mexanizmlər, texniki qurğular, montaj və quraşdırma işləri, təmir və
inşaat, elektron cihazlar;
- kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları sahəsi − bütün kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
- kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar sahəsi − bütün kənd təsərrüfatı heyvanları;
- akvakultura məhsulları sahəsi − akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka
yönəldilən akvakultura obyektləri.