MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir
İyunun 3-4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçiriləcək.
Bu barədə Redaktor.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, kitabsevərlər həmin günlərdə Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, göstərilən xidmətlərlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri ilə yaxından tanışlıq imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində kitabsevərlər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələrə baxacaq, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Səncər” adlı sərgilərlə tanış olacaqlar.
“Açıq qapı” günləri saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.