12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO

 23:57 28.05.2024     466

"Bəzi valideynlər övladlarını avtomobilin arxa oturacaqlarında əyləşdirirlər. Bu halda uşaqlar bədənlərinin çox hissəsini çölə çıxarırlar. Bu, uşaqların avtomobildən yıxılmalarına səbəb olur".

Redaktor.az xəbər verir ki, bu sözləri "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan verilişlərin birində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, 12 yaşa kimi uşaqların ön oturacaqda əyləşdirilməsi qanun pozuntusudur.

"Bu qanun pozuntusuna görə sürücüləri məsuliyyət gözləyir", - deyə baş inspektor qeyd edib.

Ətraflı süjetdə: