COP29 könüllüləri üçün qeydiyyat başladı

 11:35 29.05.2024     826

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.

Redaktor.az xəbər verir ki, proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.

COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən