Kalimuloviç Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında oldu - FOTO

 20:48 29.05.2024     307

Tatarıstan Respublikası Baş nazirinin müavini Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub

Redaktor.az xəbər verir ki, bu gün Tatarıstan Respublikası Baş nazirinin müavini - Tatarıstan Respublikasının Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi, general-mayor Axmetşin Ravil Kalimuloviç Müharibə , Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub, onlarla görüşüb . Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilov.

Görüş zamanı Azərbaycan və Tatarıstanın veteran təşkilatları arasında ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Ravil Kalimuloviç Axmetşin iki ölkənin veteranları arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Fatma Səttarova və Cəlil Xəlilovu ordu generalı Mahmud Axmetoviç Qareyevin anadan olmasının 100 illiyi münasibətilə xatirə medalı ilə təltif edib.

Polkovnik Cəlil Xəlilov öz növbəsində Axmetşin Ravil K Əlimulloviçi Müharibə , Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi “General Əzi Aslanov” yubiley medalı ilə təltif edib , ona səfərinə görə təşəkkür edib.

Görüşdə “Rus evi”nin Bakıdakı nümayəndəsi Yelena Tsvileva, Müharibə , Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilati işlər və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı , polkovnik Samir Musayev və mətbuat nümayəndələri də iştirak ediblər . Təşkilatın katibi Seymur Əliyev.