Yağış yağıb, dolu düşüb, şimşək çaxıb - Faktiki HAVA

 17:43 30.05.2024     202

Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Redaktor.az xəbər verir ki, Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.