İşdən çıxarılan icra başçısının əmlaklarının SİYAHISI
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, "unikal" işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:
- Qusarda evi ilə qarşı-qarşıya yerləşən otel;
- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
- 6 nömrəli məktəbin yanında otel;
- Nəriman Nərimanov parkında restoran;
- Bayraq meydanının yaxınlığında 2 otel;
- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;
Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.
Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.