Deputat parlamentdə Daşkəsənin problemlərini qaldırdı
"Daşkəsən rayonu üzrə seçicilərimi narahat edən məsələ 18 il əvvəl inşa olunmuş Gəncə-Daşkəsən yolunun yararsız hala düşməsidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.
"Onun üçün bu yolun əsaslı təmirə ehtiyacı var. Eyni zamanda Daşkəsən peşə məktəbi 1969-ci ildən fəaliyyət göstərir, amma təmir olunmadığından yararsız hala düşüb. 30 nəfər heyət çalışır, uşaqlar tədris alır. Bu binanın da təmirə böyük ehtiyacı var. Bunun üçün məsələləri dövlət nümayəndələrinin diqqətinə çatdırıram", - deyə K.Bayramov bildirib.
Humay İSGƏNDƏRLİ