Vilayət Eyvazov bu rayonda 264 vətəndaşı dinlədi - VİDEO
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yardımlı rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iki gün ərzində nazir 264 vətəndaşı dinləyib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 92 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 21-i Vətən müharibəsi iştirakçısıdır.