Videosu yayılan azərbaycanlı əsirlər barədə rəsmi AÇIQLAMA - YENİLƏNİB

 16:28 03.06.2024     1970

Xəbər verdiyimiz kimi, Ermənistanda əsirlikdə olan bir qrup azərbaycanlının videosu yayılıb. 

Redaktor.az xəbər verir ki, əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, ümumiyyətlə, sosial şəbəklərdə görüntüləri yayılan şəxslərin hamısı bu gün azadlıqdadır:

"Həmin görüntülər çox güman ki, l Qarabağ müharibəsinə aid kadrlardır. Həmin dövrdə əsir götürülmüş vətəndaşlarımızın hamısı müvəffəqiyyətlə azadlığa çıxarılıb. Eyni zamanda Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışlarının davam etdirir" (news24.az).

***

Ermənistanda əsirlikdə olan bir qrup azərbaycanlının videosu yayılıb. 

Redaktor.az xəbər verir ki, "musavat.com"un yaydığı video görüntülər 90-cı illərə aid olsa da, keyfiyyətlidir. Bu baxımdan, onları tanıyanlar və sağ qalan yaxınları bu kadrlardakı soydaşlarımızın kimliyini müəyyən edə bilərlər.

Məlumatda o da qeyd olunur ki, 3800-dən çox soydaşımız erməni əsirliyindən sonra yoxa çıxıb və bugünə qədər də onların öldüsü-qaldısı bilinmir. Bu cür video lentlərin əhəmiyyəti son dərəcə böyükdür.

"...Bəli, bir zamanlar vəziyyət belə idi. Ermənistan havadarlarının sayəsində cəbhədə güclü idi və həm torpaqlarımızı işğal etmiş, on minlərlə soydımızı qətlə yetirmiş, həm də minlərlə azərbaycanlını əsir götürmüşdü.

Artıq 4 ildir ki, bu vəziyyət dəyişib.

İndi Ermənistan və havadarları Bakı həbsxanalarında cəza çəkən hərbi əsirlər və erməni kökənli cinayətkarlarla bağlı kampaniya aparır, xahişlər edirlər..."