"Rabitəbank" nağd pul krediti üzrə faizləri aşağı saldı!
"Rabitəbank" ASC yaranmasının 31-ci illiyi ilə əlaqədar olaraq nağd pul krediti üzrə faizləri aşağı saldı. Artıq 30 000 manata qədər nağd pul kreditini 10,5%-dən başlayaraq götürmək olar. Kreditin müddəti 48 aya qədərdir. Kredit götürmək istəyən bütün müştərilər üçün 0 % komissiya nəzərdə tutulur.
"Rabitəbank"ın nağd pul krediti üzrə kampaniyasında müştəri seqmentlərinə uyğun olaraq xüsusi faizlər və güzəştlər də təqdim olunur. Həmçinin, başqa bankın kreditini "Rabitəbank"a transfer edən müştərilər üçün 0 % komissiya nəzərdə tutulur. Kredit götürənlər üçün sığorta tələbi yoxdur. "Rabitəbank"ın sərfəli şərtlərlə təqdim etdiyi kampaniya iyulun 31-nə qədər davam edəcək.
Nağd pul kreditini "Rabita Mobile" tətbiqindən, bankın saytından və "Rabitəbank"ın istənilən filialından almaq mümkündür. Krediti elə indi sifariş edə bilərsiniz : https://rbt.az/krdt-al
"Rabitəbank" 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.