Birinci Qarabağ müharibəsinin şəhidi Osman Rəcəbovla vida mərasimi keçirilir

 16:33 04.06.2024     343

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Osman Xəlifə oğlu Rəcəbovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

Redaktor.az xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Maqsudkənd kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Osman Xəlifə oğlu Rəcəbov 1969-cu il martın 1-də Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. O, 1992-ci il noyabrın 17-də Ağdərə rayonunun Qozlu kəndində itkin düşüb.

O.Rəcəbov Maqsudkənd kənd qəbiristanlığında dəfn olunacaq.