İlham Əliyev bu dövlət xidmətini ləğv etdi - FƏRMAN

 17:47 04.06.2024     515

Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlarının siyahısında dəyişiklik olunub.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişiklik edib.

Belə ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Bundan sonra qurumun səlahiyyətlərini nazirliyin özü icra edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən