Keçmiş DTK sədri vəfat etdi
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib.
Redaktor.az xəbər verir ki, onun 82 yaşında Rusiyada vəfat etdiyi bildirilir.
Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə həmin vəzifəni daşıyıb.
1942-ci ildə Qubada anadan olan Vaqif Hüseynovun 1993-cü ildən Moskvada yaşadığı qeyd olunur.