Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb

 19:00 05.06.2024     315

Ötən ay Cəlilabadda 2 nəfəri əqrəb, 2 nəfəri isə ilan sancıb.

Redaktor.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, may ayı ərzində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə 4 nəfər müxtəlif heyvanların sancması səbəbilə müraciət edib.

1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs və 2009-cu il təvəllüdlü (kişi cinsli) şəxs əqrəb sancması, 2022-ci il təvəllüdlü (qadın cinsli) şəxs, 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs isə ilan sancması səbəbilə müraciət edib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. (report)