Goranboyda şəhidlə vida mərasimi keçirildi - FOTO

 14:59 06.06.2024     749

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovun meyitinin qalıqları Goranboy rayonuna gətirilib.

Redaktor.az xəbər verir ki, şəhidin nəşi Goranboy rayonunun Veyisli kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Niyaz İlyas oğlu Novruzov 1970-ci il sentyabrın 23-də Goranboy rayonunun Veyisli kəndində anadan olub. O, 1992-cü noyabrın 17-də Ağdərə rayonunun Dovşanlı (Vəng) kəndindəki "Qızılqaya" yüksəkliyi istiqamətində itkin düşüb. Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

N.Novruzov Veyisli kənd qəbiristanlığında dəfn olunacaq (report).

22