Böyük qayıdışa töhfə amalı - Zəngilanlı ziyalılarla görüş

 11:28 08.06.2024     338

Menecment və İnvestisiya Korporasiyasının təşkilatçılığı ilə bir qrup zəngilanlı ziyalının görüşü baş tutub.

Redaktor.az xəbər verir ki, görüşdə çıxış edən Korporasiyanın direktoru Emin Əliyev işğaldan azad olunmuş Zəngilan rayonunda gedən quruculuq işləri, sakinlərin həmin ərazidəki mövcud yaşayışı və gələcəkdə görüləcək işlər barədə danışıb, zəngilanlı ziyalıların fikirlərini dinləyib.

Tədbirdə iştirak edən qonaqlar dogma rayonda gedən tikinti-quruculuq işləri barədə geniş məlumat almaq istədiklərini ifadə edərək, həmçinin bu işlərə daha fəal qoşulmaq arzularını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində dogma diyarımızın füsunkar gözəlliklərinə yeni, müasir görkəm veriləcəyi xəbəri tədbir iştirakçılarında maraq və sevinc hissləri doğurub.

 Zəngilanda gedən işlərə rayon ziyalılarının və gənclərinin dəstək verməsi üçün təkliflər irəli sürülüb. 

Sultan AYXAN