DSX-nin ildırım vurması nəticəsində həlak olan əsgəri Gəncədə dəfn olunacaq
Dövlət Sərhəd Xidmətinin (DSX) ildırım vurması nəticəsində həlak olan əsgəri Gəncədə dəfn olunacaq.
Redaktor.az xəbər verir ki, əsgər Nağıyev Əli Elşən oğlu sabah şəhərin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, hadisə bu gün baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır. (report)