"Toy, nişan kimi xeyir işləri Qurban bayramı ilə eyni günə salmaq düzgün deyil" - Hacı Fuad
Azərbaycanda bəzi ailələr Qurban bayramında xeyir işlər də görür.
Bəs toy, nişan və sair xeyir işləri Qurban bayramı gününə salmaq olarmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev bildirdi ki, toy, nişan kimi xeyir işləri Qurban və Ramazan bayramı ilə eyni günə salmaq düzgün deyil.
"Çünki xeyir işlər fərdi xarakter daşıyır və ailələr üçün əhəmiyyətli hesab olunur. Amma bu bayramlar kütləvi xarakterlidir. El ilə birgə qeyd edilən bayramı şəxsi şənliklər ilə qarışdırmaq olmaz. Şəxsi mərasimləri başqa günlərə salmaq daha yaxşıdır. Çünki bayram günlərində insanlar öz ailə və yaxınları ilə görüşə gedir. Bu zaman problem və maneə yarana bilər”, - deyə QMİ rəsmisi vurğuladı.
Yusif SƏMƏDZADƏ