Bakıda bu ərazidə qaz KƏSİLƏCƏK

Bu gün Bakının Qaradağ rayonunun 3 yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qobustan” qazpaylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektorun və tənzimləyicinin birləşmə işləri, "Ələt” QPS-dən qidalanan orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması ilə əlaqədar iyunun 12-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.