Bu qurumun rəhbərinin daha bir müavini olacaq - FƏRMAN
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun iki müavini olacaq.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla İcraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunun İcraçı direktorunun bir müavini olub.
Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrından indiyədək ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovdur.