Bakının beş rayonunun qazı kəsiləcək

 09:09 13.06.2024     510

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şağan qəsəbəsinin, Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Maştağa Albalılıq, Bilgəh Albalılıq yaşayış massivlərinin bir hissəsinin, Şəfai, Xanlar, Zərdabi, Mehdi Hüseyn küçələrinin, Binəqədi rayonu üzrə Süleyman Sani Axundov, İlham Hacıyev, Abay Kunanbayev, Aydınbəyov küçələrinin, Nəsimi rayonu üzrə Asif Məhərrəmov küçəsinin, Yasamal rayonu üzrə isə Zərdabi küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.