Səhiyyə naziri bu klinikaya yeni direktor və baş həkim TƏYİN ETDİ

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına (TCK) yeni direktor və baş həkim təyinatı olub.
Bu barədə Redaktor.az-a universitetdən məlumat verilib.
Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.
Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.