Bu ərazilərdə qaz olmayacaq

 09:53 14.06.2024     162

Bu gün Xaçmaz rayonunun Xudat şəhəri və Bakının Nizami, Səbail və Xətai rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Xudat” qaz paylayıcı stansiyanın (QPS) “Qaz İxrac” İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar iyunun 14-də saat 10:00-dan 17:00-dək “Xudat” QPS-dən qidalanan “Xudat” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Həmçinin bu gün paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonu üzrə Qara Qarayev, Naxçıvanski, Bəhruz Nuriyev, Babək və İlham Məmmədov küçələrinin Səbail rayonu üzrə Bayıl qəsəbəsinin Buxta küçəsinin, Xətai rayonu üzrə isə Oksigen, Q.Məmmədov, Zığ yolu, Sadıqcan, Cavanşir, R.Quluyev, Kombinant küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.